Sağlam insan, təhlükəsiz iş mühiti, dayanıqlı gələcək.
“Risk and Health” MMC — Peşə Sağlamlığı, Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf Mühit sahələrində ixtisaslaşmış peşəkar konsultasiya şirkətidir.
Şirkət müəssisələrdə təhlükəsiz və sağlam iş mühitinin yaradılması üçün risklərin qiymətləndirilməsi, Əməyin Mühafizəsi sənədlərinin hazırlanması, texniki təhlükəsizlik bəyannamələri, ekoloji və mülki müdafiə sənədləri, eləcə də iş yerlərinin attestasiyası üzrə geniş xidmətlər təqdim edir.
Daha ətraflıRisk and Health MMC olaraq müəssisələrin fəaliyyətinin daha səmərəli, təhlükəsiz və qanunvericiliyin tələblərinə uyğun təşkilinə dəstək göstəririk. Əməyin mühafizəsi və SƏTƏM, hüquq, mühasibat və vergi, eləcə də insan resurslarının idarə edilməsi sahələrində kompleks və peşəkar xidmətlər təqdim edirik.
Xidmətlərimiz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və müvafiq normativ tələblərə əsaslanır. Hazırlanan sənədlərin və həyata keçirilən proseslərin hüquqi və praktiki tələblərə uyğunluğuna diqqət yetiririk.
Hər bir müəssisənin fəaliyyət istiqamətini, təşkilati strukturunu, mövcud vəziyyətini və ehtiyaclarını nəzərə alaraq fərdi həllər hazırlayırıq. Təklif etdiyimiz xidmətləri müəssisənin real iş proseslərinə uyğunlaşdırırıq.
Əməyin mühafizəsi, hüquqi məsələlər, mühasibat və vergi, insan resursları üzrə xidmətləri vahid əməkdaşlıq çərçivəsində təqdim edirik. Bu yanaşma müəssisələrə müxtəlif xidmət istiqamətləri üzrə koordinasiyalı dəstək almağa imkan verir.
Yalnız sənədlərin hazırlanması ilə kifayətlənmir, onların tətbiqi və müvafiq proseslərin düzgün təşkili üzrə dəstək göstəririk. Məqsədimiz müəssisələrdə yaranan problemlərin həllinə və idarəetmə proseslərinin təkmilləşdirilməsinə töhfə verməkdir.